28 iyul 2022 23:33
754

"Zirə" Konfrans Liqasını qolsuz tərk etdi

Bu gün Konfrans Liqasında 2-ci təsnifat mərhələsinin cavab oyunları keçirilib

“İki sahil” xəbər verir ki, Premyer Liqamızın bürünc mükafatçısı “Zirə” də növbəti matçına çıxıb.

Rəşad Sadıqovun komandası İsraildə “Makkabi” ilə üz-üzə gəlib. Qarşılaşmada qol vurulmayıb. "Zirə" Bakıdakı ilk görüşdə Təl-Əviv klubuna 0:3 hesabı ilə uduzduğundan mübarizəni dayandırıb.

28 iyul

Konfrans Liqası

2-ci təsnifat mərhələsi, cavab oyunu

21:30. “Makkabi” (Təl-Əviv, İsrail) – “Zirə” (Azərbaycan) - 0:0

Baş hakim: Mario Zebeç (Xorvatiya)

Təl-Əviv. Blumfild stadionu

İlk oyun – 3:0