Bu gün Konfrans Liqasında 2-ci təsnifat mərhələsinin cavab oyununa çıxan “Neftçi” Kiprin “Aris” klubunu qəbul edib.
“İki sahil” xəbər verir ki, qarşılaşmanın 38-ci dəqiqəsində Bakı təmsilçisinin futbolçusu Qodsvey Donyo hesabı açıb. 54-cü dəqiqədə isə Eddi İsrafilov fərqi 2 topa çatdırıb – 2-0. 62-ci dəqiqədə mötəşəm zərbə ilə toru silkələyən Kenni Sayef bakılıların 3-cü qolunun müəllifi olub.
Matç bu hesabla da başa çatıb.
28 iyul
Konfrans Liqası
2-ci təsnifat mərhələsi, cavab oyunu
21:00. “Neftçi” (Azərbaycan) 3–0 “Aris” (Kipr)
Qol: Qodsvey Donyo, 38, Eddi İsrafilov, 54, Kenni Sayef, 62
Baş hakim: Bastian Donkert (Almaniya)
Bakı. “Bakcell Arena”
İlk oyun – 0:2