28 iyul 2022 22:01
955

KL: "Qəbələ"dən təsəlli qələbəsi

Bu gün Konfrans Liqasında 2-ci təsnifat mərhələsinin cavab oyununa çıxan “Qəbələ” doğma meydanda Macarıstan “Fehervar” klubunu qəbul edib.

“İki sahil” xəbər verir ki, Qəbələ şəhər stadionunda keçirilən oyun təmsilçimizin qələbəsi ilə başa çatıb - 2:1.

Səfərdə 1:4 hesabı ilə uduzan “qırmızı-qaralar” iki matçın nəticəsinə görə Konfrans Liqasında mübarizəni dayandırıb.

28 iyul

Konfrans Liqası

2-ci təsnifat mərhələsi, cavab oyunu

20:00. “Qəbələ” (Azərbaycan) – “Fehervar” (Macarıstan) - 2:1

Qollar: Rövlan Muradov, 34 (1:0), Zivzivadze, 44 (1:1), Felipe Santos, 73 (2:1)

Baş hakim: Kristofer Yaqer (Avstriya)

Qəbələ şəhər stadionu

İlk oyun – 1:4