28 iyul 2022 20:50
772

Qadın güləşçimiz dünya çempionu olub

Azərbaycanın qadın güləşçisi Ruzanna Məmmədova İtaliyanın paytaxtı Romada keçirilən U-17 dünya çempionatında qızıl medal qazanıb.

“İki sahil” xəbər verir ki, 49 kq-da çıxış edən idmançı finalda yaponiyalı Mihoko Takeuçi ilə qarşılaşıb.

Rəqibinə 5:3 hesabıyla qalib gələn Məmmədova dünya çempionu olub.