29 iyul 2022 02:20
847

UEFA "Fənərbağça"ya intizam işi açıb

UEFA Türkiyənin "Fənərbağça" klubuna intizam işi açıb.

“İki sahil” xəbər verir ki, bu barədə Avropa futbol qurumunun rəsmi saytında məlumat yayılıb.

Qeyd edilib ki, intizam işinin açılmasına səbəb İstanbul təmsilçisinin azarkeşlərinin evdə Ukraynanın "Dinamo" (Kiyev) komandasına 1:2 hesabı ilə uduzduqları Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunundakı davranışı səbəb olub.

Fanatlar 57-ci dəqiqədə hesabı açan Kiyev klubunun futbolçusu Vitali Buyalskinin təxribatçı hərəkətlərinə qarşı Rusiya Prezidenti Vladimir Putinin lehinə şüarlar səsləndiriblər.

Qeyd edək ki, matçın əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. İlk görüşdə qolsuz bərabərlik qeydə alındığı üçün əlavə vaxta ehtiyac duyulub. Əlavə vaxtda 1:0 hesablı qələbə qazanan Kiyev klubu növbəti mərhələyə yüksəlib.