28 iyul 2022 22:40
797

Eriksen forma nömrəsini seçdi

"Mançester Yunayted"in yeni transferi Kristian Eriksen klubunda forma nömrəsini seçib.

"İki sahil" klubun saytına istinadən xəbər verir ki, danimarkalı yarımmüdafiəçi "14" nömrəli forma ilə çıxış edəcək. 

Qeyd edək ki, 30 yaşlı oyunçu Mançester təmsilçisi ilə 3 illik müqavilə imzalayıb. O, yeni klubuna azad agent kimi keçib.