29 iyul 2022 01:32
939

Yakub Jezniçakın oğlu vəfat etdi

“Qarabağ”ın sabiq futbolçusu Yakub Jezniçakın və sevgilisi Maqdelena Stempenin oğlan övladı vəfat edib.

“İki sahil” xəbər verir ki, bu haqda Polşa mətbuatı məlumat yayıb.

Bu barədə körpənin valideynlərinin birgə yaydığı açıqlamada bildirilir. 376 günlüyündə olan Olivierin qara ciyər xərçəngindən vəfat etdiyi bildirilib. O, müalicə aldığı İsraildəki klinikalardan birində dünyasını dəyişib.

Xatırladaq ki, Yakub Jezniçak 2017-19-cu illərdə “Qarabağ”da çıxış edib.