27 iyul 2022 22:10
703

Medina meydanı göz yaşları içində tərk edib

Çempionlar Liqasında II təsnifat mərhələsində keçirilən “Sürix” - “Qarabağ” matçında Ağdam təmsilçisi ciddi itki ilə üzləşib.

“İki sahil” xəbər verir ki,   “Qarabağ”ın müdafiəçisi Kevin Medina matçın 44-cü dəqiqəsində zədələnib. Əzələsini dartan təcrübəli futbolçu oyuna davam edə bilməyib. Bu səbəbdən o, Bədavi Hüseynovla əvəzlənib.

Kevin Medina meydanı göz yaşları içində tərk edib.