“İlk oyunda Kiprdə məğlub olduq. Həmin görüşü təhlil etdik, danışdıq”.
“İki sahil” xəbər verir ki, bunu “Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampf Konfrans Liqasının II təsnifat mərhələsində Kipr klubu “Aris”lə keçiriləcək cavab oyunu öncəsi mətbuat konfransında deyib.
47 yaşlı rumıniyalı mütəxəssis ilk görüşdəki 0:2 hesablı məğlubiyyətin revanşı barədə bunları bildirib: “Sabaha yeganə şansımız, məqsədimiz var: meydançada hamıya göstərməliyik ki, birinci oyundakı nəticə təsadüfi idi. “Aris”ə böyük hörmətlə yanaşırıq. Amma sabah əlimizdən gələni edəcəyik ki, dönüş yarada bilək. Həm özümüz, həm də fanatlarımız üçün qələbə qazanaraq, növbəti mərhələyə adlamağa çalışacağıq”.