“Çempionlar Liqasının qrupu üçün hələ çox uzun yol var. "Qarabağ"la matçda sadə top itkilərinə yol verməməli və lazım olan qələbəni qazanmaq üçün qapımızı toxunulmaz saxlamalıyıq".
“İki sahil” xəbər verir ki, bu sözləri “Sürix”in qapıçısı Yanik Brexer Çempionlar Liqasının 2-citəsnifat mərhələsində “Qarabağ”la keçiriləcək cavab oyunu öncəsi yerli mətbuata açıqlamasında deyib.
O, "Qarabağ"ı keçmək və ÇL-in qrupuna qədər irəliləmək istədiklərini bildirib: “Hamımız Çempionlar Liqasının himnini eşitmək istəyirik. “Qarabağ”la cavab matçına uğurlu start çox önəmlidir".
Qeyd edək ki, bu gün “Letsiqrund” stadionunda keçiriləcək “Sürix” – “Qarabağ” görüşü Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Bakıdakı ilk matçda Ağdam təmsilçisi 3:2 hesablı qələbə qazanıb.