27 iyul 2022 00:42
1026

Suaresin yeni klubu bəlli oldu

Ötən mövsümün sonunda İspaniyanın "Atletiko" (Madrid) komandasından ayrılan Uruqvay millisinin futbolçusu Luis Suaresin yeni klubu bəlli olub.

“İki sahil” xəbər verir ki,  bu barədə 35 yaşlı hücumçunun özü şəxsi tviter səhifəsində paylaşım edib.

Təcrübəli forvard ölkəsinin "Nasyonal" klubu ilə anlaşdığını və rəsmi müqavilənin imzalanmasını gözlədiyini bildirib.

Qeyd edək ki, 1998 - 2006-cı illərdə də bu komandanın şərəfini qoruyan Luis Suares Niderlandda "Qroningen" və "Ayaks", İngiltərədə "Liverpul" və İspaniyada "Barselona"nın da formasını geyinib.