27 iyul 2022 00:09
845

Ronaldo və agenti "Mançester Yunayted"in bazasında

"Mançester Yunayted"in futbolçusu Kriştiano Ronaldo agenti Jorje Mendeşlə birlikdə klubun bazasına gedib.

"İki sahil" "Sky Sports"a istinadən xəbər verir ki, tezliklə onlar Mançester təmsilçisininn baş məşqçisi Erik ten Haqla danışıqlar aparacaqlar.

Bildirilir ki, “Mançester Yunayted”in keçmiş baş məşqçisi Ser Aleks Fergüsson da  portuqaliyalı hücumçu ilə söhbət etmək üçün bazaya gedib.

Xatırladaq ki, Ronaldo həm məşq prosesinin əvvəlini, həm də Tayland və Avstraliyadakı yoxlama matçlarını buraxıb. Onun klubdan ayrılmaq istədiyi bildirilir.