26 iyul 2022 22:05
712

Tomas Menye: Neymar PSJ-də sehrini itirdi

Dortmund "Borussiya"sının futbolçusu Tomas Menye PSJ-nin hücumçusu Neymar haqda danışıb.

 

"İki sahil" goal.com-a istinadən xəbər verir ki, Belçika millisinin üzvü Paris təmsilçisindəki sabiq komanda yoldaşının PSJ-dəki sehrini itirdiyini deyib: “Etiraf etməliyəm ki, Neymar “Barselona”da olarkən onun böyük fanatı idim. Amma PSJ-də məncə, o, sehrini itirdi. Əvvəlki səviyyəyə qayıdış ondan asılıdır. 10 yaşım olsaydı, onun posteri otağımda asılardı".

Qeyd edək ki, Menye 2016-2020-ci illərdə PSJ-də oynayıb.