26 iyul 2022 11:43
829

"Sabah" Kipr klubu ilə üz-üzə

Yeni mövsümə hazırlığı Bolqarıstanın Bansko şəhərində davam etdirən “Sabah” bu gün növbəti yoxlama oyununa çıxacaq. 

“İki sahil” xəbər verir ki, komanda Kiprin yüksək liqa təmsilçisi “Akritas Xlorakas” klubu ilə üz-üzə gələcək. Görüş Bakı vaxtı ilə saat 19:30-da Banskoda keçiriləcək.

Qeyd edək ki, “Sabah” Bolqarıstan toplanışı çərçivəsində ilk yoxlama oyununu İsrailin “Hapoel” (Hadera) klubuna qarşı keçirib (0:1).

Xatırladaq ki, "Sabah" Bakıdakı yoxlama oyunlarında "Sumqayıt"a 1:2 hesabı ilə uduzub, "Səbailə"ə 3:1 hesabı ilə qalib gəlib.

Yoxlama oyunu

19:30. "Sabah" (Azərbaycan) - "Akritas Xlorakas" (Kipr)