26 iyul 2022 10:48
744

"Bavariya"nın yeni transferi məşqlərdə çətinlik çəkdi

"Bavariya"nın baş məşqçisi Yulian Naqelsmann "Yuventus"un transfer etdikləri Matteys De Liqtin məşqlərdə çətinlik çəkdiyini açıqlayıb.

"İki sahil" Almaniya mətbuatına istinadən xəbər verir ki, o, 22 yaşlı müdafiəçi ilə bağlı deyib: "De Liqtlə danışdım. Mənə son 4 ildə ən çətin məşqini etdiyini söylədi.Düzdür, məşq çətin idi, amma dediyi qədər də deyildi".

Qeyd edək ki, De Liqt bu ay "Bavariya" ilə 5 illik müqavilə imzalayıb.