25 iyul 2022 22:25
3023

"Beşiktaş"ın futbolçusu "Reyncers"ə transfer olunub

"Beşiktaş"ın futbolçusu Rıdvan Yılmaz "Reyncers"ə transfer olunub.

“İki sahil” xəbər verir ki,  bu barədə İstanbul klubunun saytı məlumat yayıb. Şotlandiya təmsilçisi 21 yaşlı müdafiəçi üçün  4 milyon avro təzminat ödəyəcək. Bundan başqa müqavilədəki bəndə əsasən, "Beşiktaş" 2 milyon 250 min avro bonus da qazana bilər.

Qeyd edək ki, Türkiyə millisinin üzvü yeni klubu ilə 5 illik müqavilə imzalayıb.