26 iyul 2022 00:47
732

Xose Kalyexon yenidən La Liqa klubunda

"Real"ın sabiq futbolçusu Xose Kalyexon yenidən La Liqada çıxış edəcək.

“İki sahil” xəbər verir ki, İspanaiya millisinin sabiq üzvü "Qranada"ya keçib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

35 yaşlı hücumçu yeni klubu ilə 2023-cü ilə qədər müqavilə imzalayıb.

Qeyd edək ki, Kalyexon "Espanyol", "Napoli" və "Fiorentina"da da çıxış edib.