"Neftçi" Peşəkar Futbol Klubu ilə "Liv Bona Dea Hospital" arasında sponsorluq müqaviləsi bağlanıb.
“İki sahil” xəbər verir ki, imzalama mərasimində "Neftçi"nin prezidenti Kamran Quliyev, vitse-prezident Elnur Eyvazov, "Liv Bona Dea Hospital"ın baş direktoru Taner Özbek və baş həkimi Cabir Gülmalıyev iştirak edib.
"Bakcell Arena" stadionunun konfrans zalında baş tutan imzalama mərasimində tərəflər 3 illik müqaviləyə imza atıblar.
Razılaşmaya əsasən, "Liv Bona Dea Hospital" paytaxt təmsilçisinin sağlamlıq sponsoru olacaq. "Neftçi", "Neftçi-2" və akademiyanın komandalarına ödənişsiz müayinə, müalicə, tibbi baxış və s. xidmət göstəriləcək, komandaların dərman perepatları ehtiyaclarının qarşılanmasına dəstək verəcək.
K.Quliyev tədbir iştirakçılarını salamlayıb və klubun ənənəyə sadiq qalaraq partnyorluq şəbəkəsini genişləndirdiyini söyləyib: "Danışıqlardan sonra uğurlu nəticə oldu. Türkiyənin tibb sektorunda ən tanınmış markalarından biri ilə əməkdaşlığa başlayırıq. Bu müqaviləni imzalamaq bizim üçün şərəflidir. "Neftçi" həmişə bu məsələrdə öndə gedən klub olub. Digər məşhur markalarla da sözləşmə imzalamışıq. Tibb sektorunda da məşhur qurumla ilk müqaviləni biz bağladıq. "Neftçi" ailəsinə xoş gəldiniz".