25 iyul 2022 00:47
754

"İnter" Milana 70 milyon avro qiymət qoydu

"İnter" futbolçusu Milan Şkrinyara 70 milyon avro qiymət qoyub.

Klub 27 yaşlı müdafiəçini bu qiymətdən aşağı satmağı düşünmür. Slovakiyalı oyunçu ilə maraqlanan PSJ-nin bu məbləği ödəməyə hazır olmadığı bildirilir.

Qeyd edək ki, Şkrinyar ötən mövsüm bütün yarışlarda 48 oyuna çıxıb və 4 qol vurub.

Qol.az