24 iyul 2022 19:21
799

"Formula-1": Maks Ferstappen Fransa Qran Prisinin qalibi olub

"Red Bull" komandasının niderlandlı pilotu Maks Ferstappen "Formula-1" üzrə Fransa Qran Prisinin qalibi olub.

“İki sahil” xəbər verir ki, yarışlar "Pol Rikar" avtodromunda keçirilib.

Qran Prini ikinci yerdə "Mercedes" komandasının britaniyalı pilotu Lyuis Hemilton, üçüncü yerdə isə L.Hemiltonun komanda yoldaşı Corc Rassel başa vurub.

"Formula-1"in növbəti mərhələsi 29-31 iyul tarixlərində Macarıstanda baş tutacaq.