24 iyul 2022 12:17
732

"Sumqayıt" Türkiyə klubuna qarşı

2022/23 mövsümü üçün hazırlıqlarını Ankaranın Qızılcahamam bölgəsində davam etdirən "Sumqayıt” növbəti yoxlama oyununu keçirəcək.

“İki sahil” xəbər verir ki, Aleksey Baqanın komandası Türkiyə 1-ci Liqa təmsilçisi "Samsunspor"la üz-üzə gələcək. İyulun 25-də Çeşme bölgəsində keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 14:00-da start götürəcək.

Qeyd edək ki, “Sumqayıt” Türkiyədəki ilk sınaq matçında “Bandırmaspor”la heç-heçə edib – 2:2.