24 iyul 2022 08:30
690

Hallandın debüt qolu "Mançester Siti"yə qələbə qazandırıb

İngiltərənin "Mançester Siti" futbol klubu Qrin Beydə (Viskonsin ştatı, ABŞ) keçirilən yoldaşlıq görüşündə Almaniyanın "Bavariya" komandasını 1:0 hesabı ilə məğlub edib.

“İki sahil” xəbər verir ki, qalib komandanın heyətində qolu Erlinq Halland (12-ci dəqiqə) vurub. Əlverişsiz hava şəraiti səbəbindən ilk hissədə görüş yarımçıq kəsilib, daha sonra komandalar meydana qayıdıb.

E.Halland "Mançester Siti"də ilk dəfə meydana çıxdı, o, fasilədə Julian Alvaresi ilə əvəz olundu.