23 iyul 2022 22:01
769

“Formula 1”: Lekler Fransa Qran-prisinin təsnifat mərhələsində vəsiqə qazanıb

Ferrari komandasının monakolu pilotu Şarl Lekler “Formula 1” dünya çempionatının 12-ci mərhələsinin - Fransa Qran-prisinin təsnifat mərhələsində birinci yeri tutub.

"İki sahil" xəbər verir ki, monakolu ən yaxşı dövrəni 1 dəqiqə 30,872 saniyəyə başa vurub. İkinci yerdə isə “Red Bull” komandasının niderlandlı pilotu Maks Verstappen (0,304 saniyə yubanma) qərarlaşıb. İlk üçlüyü “Red Bull” komandasının meksikalı pilotu Serxio Peres (+0,463) qapayıb.

Fransa Qran-prisi bazar günü, Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.