23 iyul 2022 21:43
752

Avropa Kuboku: Cüdoçumuz gümüş medal qazanıb

Çexiyanın paytaxtı Praqa şəhərində keçirilən gənclər arasında cüdo üzrə Avropa Kuboku turnirinin ilk günün görüşləri başa çatıb. 

"İki sahil" xəbər verir ki, bu gün 66 kq. çəki dərəcəsində Azərbaycanı təmsil edən gənclərdən ibarət milli yığma komandamızın üzvü  Samir Piriyev gümüş medala sahiblənərək turnirin ikincisi olub. O, finalda Eran Fiksə (İsrail) uduzub.

Qeyd edək ki, S.Piriyev finala qədər Brobold Qustav (Norveç), İtshak Yonatan (İsrail), Lojaniçiç Marko (Serbiya), Altermirov Deniyə (Belçika) qalib gəlmişdi.