23 iyul 2022 18:12
743

Kaladze klub almaq istəyir

Gürcüstanın Tbilisi şəhərinin meri Kaxa Kaladze "Dinamo"nun yeni sahibi ola bilər.

"İki sahil" xəbər verir ki, veteran müdafiəçi sabiq klubunun səhmlərini almaq istəyir.

Həmçinin, paytaxt təmsilçisinə əcnəbi şirkətlərin də maraq göstərdikləri bildirilib.

Qeyd edək ki, gürcüstanlı iş adamı Roman Pipiya "Dinamo"nu satmağı qərara alıb.