23 iyul 2022 13:51
677

Şumaxerin idarə etdiyi bolid hərraca çıxarılıb

Formula 1 üzrə yeddiqat dünya çempionu Mixael Şumaxerin 1998-ci il mövsümündə sürdüyü 9 boliddən biri – “Ferrari F300” Kaliforniyada hərraca çıxarılıb.

"İki sahil" xəbər verir ki, 187 nömrəli bolid şəxsi mülkiyyətçiyə məxsusdur. Həmin boliddə almaniyalı pilot dörd qələbə qazanıb. M.Şumaxer Kanada, Fransa, Böyük Britaniya və İtaliya Qran-prilərində podiumda birinci pillədə qalxmağı bacarıb.

Qeyd edək ki, bolid yaxşı vəziyyətdədir.