22 iyul 2022 17:46
693

Simeonenin oğlu "Napoli"də

"Napoli" "Verona"nın hücumçusu Covanni Simeone ilə anlaşıb.

"İki sahil" "Corriere dello Sport"a istinadən xəbər verir ki, tərəflər hərtərəfli razılığa gəlib. Yalnız müqavilə bağlamaq qalır.

"Atletiko"nun baş məşqçisi Dieqo Simeonenin oğlu olan Covanni ötən mövsüm A seriyasında "Verona"nın bombardiri olub .Forvard İtaliya çempionatında 17 qol vurub. Transfermarkt potalı 26 yaşlı hücumçunun dəyərini 17 milyon avro olaraq qiymətləndirir.