22 iyul 2022 00:38
585

Bəzi məqamlarda çətinlik çəkdik - Mixael Boris

"İlk 20 dəqiqə istədiyimiz kimi getmədi. Sürətli oyun görə bilmədim. Bəzi məqamlarda çətinlik çəkdik".

“İki sahil” xəbər verir ki,  bunu Macarıstanın "Fehervar" komandasının baş məşqçisi Mixael Boris evdə "Qəbələ"yə 4:1 hesabı ilə qalib gəldikləri UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk matçından sonra mətbuat konfransında deyib.

47 yaşlı mütəxəssis bildirib ki, komandası hesab bərabərləşdikdən sonra öz oyununu tapıb: "Nəticədən razıyam. Amma oyun planında heç də hər şey ideal deyil".

O, bundan sonra tamamilə cavab qarşılaşmasına köklənəcəklərini söyləyib: "Səfərdə daha sürətli oyun sərgiləyəcəyik. Bugünkü matçın son 20 dəqiqəsindəki kimi mübarizə aparmağa çalışacağıq. Sabahdan cavab oyununa hazırlaşacağıq".

Qeyd edək ki, komandalar arasında cavab görüşü iyulun 28-də Qəbələdə olacaq.