Macarıstanda UEFA Konfrans Liqasının ikinci təsnifat mərhələsinin ilk oyunları çərçivəsində keçirilən "Fehervar" - "Qəbələ" matçının birinci hissəsi başa çatıb.
“İki sahil” xəbər verir ki, qarşılıqlı hücumlar şəraitində keçən oyunun birinci hissəsində 1:1 hesabı qeydə alınıb. Matçda “Qəbələ”nin heyətində Rafael Utziq, rəqib komandadan isə Kenan Kodro fərqləniblər.
“Mol Arena”da keçirilən oyunu isveçli baş hakim Kaspar Syöberq idarə edir.