PSJ-nin hücumçusu Mauro İkardi "Roma"nın təklifini rədd edib.
“İki sahil” xəbər verir ki, bu barədə "Footmercato" məlumat yayıb. Bildirilib ki, argentinalı oyunçu PSJ-də qalmaq üçün bu addımı atıb.
Qeyd edək ki, 29 yaşlı futbolçunun klubu ilə müqaviləsi 2024-cü ilin yayı başa çatır. Onun illik maaşı 12 milyon avrodur. İkardi ötən mövsüm Fransa Liqa 1-də 24 matçda iştirak edib və 4 qol vurub.