"Liverpul"un sabiq futbolçusu Lazar Markoviç karyerasını Türkiyədə davam etdirəcək.
“İki sahil” xəbər verir ki, o, "Qaziantep"lə anlaşıb. Serbiyalı yarımmüdafiəçi eyniadlı şəhərin klubu ilə 2+1 şərti üzrə müqavilə imzalayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, 28 yaşlı futbolçunun son klubu "Partizan" olub. O, daha əvvəl türkiyədə "Fənərbaxça"nın formasını geyinib. O, "Benfika", "Hall Siti", "Sportinq" və "Fulhem"də də çıxış edib.