21 iyul 2022 20:32
746

Ronaldodan xeyirxah addım

"Mançester Yunayted"in futbolçusu Kriştiano Ronaldo növbəti xeyirxah addımı ilə diqqət çəkib.

"İki sahil" "Manchester Evening News"a istinadən xəbər verir ki, o, autizmli insanlara kömək edən xeyriyyə fonduna vəsait ayırıb. Portuqaliyalı hücumçu autizm spektri pozğunluğu olan insanlara və onların ailələrinə dəstək verən Mançesterdə yerləşən “I Am Foundation”a ianə edib. 

Məlumatı fondun rəhbəri Helen Boden təsdiqləyib.