21 iyul 2022 01:23
625

Konfrans Liqası: “Neftçi” səfərdə “Aris”lə qarşılaşacaq

“Neftçi” avrokuboklarda mübarizəyə start verir.

“İki sahil” xəbər verir ki,  Premyer Liqanın gümüş mükafatçısı bu gün Konfrans Liqasının II təsnifat mərhələsində ilk oyununa çıxacaq.

Bakılılar Kipr təmsilçisi “Aris”in qonağı olacaq. Limassollularla qarşılaşma Larnakadakı “AEK Aren”da baş tutacaq. Yay fasiləsində heyətində ciddi dəyişikliklər edən və əcnəbi baş məşqçi gətirən “ağ-qaralar” Laurentsiu Regekampfın rəhbərliyi altında ilk rəsmi oyununu keçirəcək.

Yenilənən “Neftçi” bir həftə sonra Bakıda baş tutacaq cavab qarşılaşmasına rahat çıxmaq üçün səfərdən sərfəli nəticə ilə dönməyə çalışacaq.

Qeyd edək ki, bu komandalar arasında cavab görüşü iyulun 28-də “Bakcell Arena”da keçiriləcək.

Konfrans Liqası
II təsnifat mərhələsi, ilk oyun
21 iyul
21:30. “Aris” (Kipr) – “Neftçi” (Azərbaycan)
Baş hakim: İvan Bebek (Xorvatiya)
Larnaka, “AEK Arena”