20 iyul 2022 21:53
736

Çempionlar Liqasında erməni təxribatı

Ötən gün Çempionlar Liqasının ikinci təsnifat mərhələsində keçirilən "Pünik" – “Düdelanj” matçı zamanı ermənilər təxribata yol açıb.

“İki sahil” xəbər verir ki,  buna İrəvanda keçirilən qarşılaşmada tribunada açılan pankart səbəb olub.

Belə ki, sözügedən pankartda işğaldan azad olunmuş Qarabağ Ermənistan ərazisi kimi göstərilib.

Qeyd edək ki, sözügedən qarşılaşma Lüksemburq təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.