20 iyul 2022 21:42
681

"Neftçi" - "Aris" matçının biletləri satışa çıxarılıb

"Neftçi" Bakıda Kipr "Aris"inə qarşı keçirəcəyi UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyunu üçün biletləri satışa çıxarıb.

“İki sahil” klubun rəsmi saytına istinadla xəbər verir ki, biletlərin qiymətləri 2 (1A, 2A, 4A, 5A, 1B, 2B), 5 (3B) və 10 (VİP, 3A) AZN təşkil edir.

Biletləri iTicket.az saytına daxil olaraq onlayn şəkildə əldə etmək olar.

Qeyd edək ki, iyulun 28-də “Bakcell Arena”da oynanılacaq qarşılaşma saat 21:00-da başlanacaq.