“Liverpul”un futbolçusu Ben Deyvis karyerasını Şotlandiyada davam etdirəcək.
“İki sahil” xəbər verir ki, 26 yaşlı müdafiəçi “Reyncers”ə keçib. Bu barədə Qlazqo təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Deyvislə 4 illik müqavilə imzalanıb.
Qeyd edək ki, 2021-ci ilin fevralında “Liverpul”a keçən müdafiəçi “qırmızılar”la rəsmi matça çıxmayıb.