"Yuventus"dan ayrılan Paulo Dibalanın "Roma"ya keçidi rəsmiləşib.
“İki sahil” xəbər verir ki, bu barədə paytaxt klubunun Tvitter səhifəsi məlumat yayıb.Argentinalı hücumçu ilə 2025-ci ilin iyununa qədər müqavilə imzalanıb.28 yaşlı oyunçu "Roma"ya azad agent kimi - pulsuz keçib.
Qeyd edək ki, 2015-ci ildən "Yuventus"da çıxış edən Dibala 293 matçda 115 qol vurub, 48 məhsuldar ötürmə edib.