Türkiyədə təlim-məşq toplanışında olan "Sumqayıt" bu gün ilk yoxlama görüşünüə çıxacaq.
“İki sahil” xəbər verir ki, Aleksey Baqanın komandası Türkiyədənin "Bandırmaspor" klubu ilə qarşılaşacaq.
1-ci liqa təmsilçisi ilə matç Bakı vaxtilə 17:00-da başlayacaq.
Xatırladaq ki, "Sumqayıt" Azərbaycanda "Sabah"a 2:1, "Səbail"ə 3:2 qalib gəlib.