20 iyul 2022 14:14
689

İsveçrəli hücumçu rəsmən "Qalatasaray"da

"Benfika"nın hücumçusu Haris Seferoviçin "Qalatasaray"a keçidi rəsmiləşib.

“İki sahil” xəbər verir ki, bu barədə İstanbul klubunun mətbuat xidməti məlumat yayıb. 

İsveçrəli futbolçu 2022-2023 mövsümünü icarə əsasında "sarı-qırmızılar"da çıxış edəcək. “Qalatasaray” mövsümün sonunda 30 yaşlı forvardın transfer hüquqlarını ala bilər.

Seferoviç “Benfika”ya 2017-ci ildə Frankfurt “Ayntraxt”ından keçib. Hücumçu ötən mövsüm "Benfika"nın heyətində 10 liqa oyununa çıxıb, 3 qol vurub və 2 məhsuldar ötürmə edib.