“Qarabağ” Çempionlar Liqasının təsnifat mərhələsində ən çox qol vuran komandalar sırasındadır.
"İki sahil" UEFA-nın saytına istinadən xəbər verir ki, Ağdam təmsilçisi 3 oyuna 8 qol vurmaqla bu reytinqdə ikinci yeri tutur. İlk pillədə isə 4 oyundan 12 qolla İslandiya çempionu “Vikinqur Reykyavik” qərarlaşıb. “Mölde” (İsveç) 3 oyuna 6 qolla 3-cü pillədədir.
Qeyd edək ki, “Qarabağ”ın vingeri Kadi Borges isə 3 oyundan 3 qolla təsnifat mərhələsinin bombardirləri siyahısında 2-ci yeri tutur. Bundan başqa, Kadi 1 qolun ötürməsini də edib. Norveç “Bode Qlimt”indən Viktor Bonifas birincidir (3 oyun, 4 qol).
Ağdam klubunun müdafiəçisi Kevin Medina isə təsnifat mərhələsində 2 qol ötürməsi edib. Bu göstəriciyə görə, o, 3-cü yerdədir.