17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının iyulun 22-dən 31-dək Qəbələdə təlim-məşq toplanışı olacaq.
"İki sahil" AFFA-nın saytına istinadən xəbər verir ki, yığma hazırlıq çərçivəsində iki yoxlama matçına çıxacaq.
U-17 iyulun 26-da və 29-da Özbəkistanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.