20 iyul 2022 12:43
586

"Sabah" "Hapoel"ə qarşı

Yeni mövsümə Bolqarıstanda hazırlaşan "Sabah" bu gün ölkə xaricindəki ilk yoxlama görüşünü keçirəcək.

“İki sahil” xəbər verir ki, Murad Musayevin komandası İsrailin "Hapoel Hadera" klubu ilə qarşılaşacaq.

Sofiya şəhərində keçiriləcək matç Bakı vaxtilə 19:30-da başlayacaq.

Xatırladaq ki, "Sabah" Bakıdakı yoxlama oyunlarında "Sumqayıt"a 1:2 uduzub, "Səbailə"ə 3:1 qalib gəlib.