20 iyul 2022 11:36
495

"Qarabağ" Azərbaycanın xalını artırdı -  UEFA reytinqi

Avrokuboklarda 2-ci təsnifat mərhələsinin ilk oyunlarından sonra ölkələrin növbəti UEFA reytinqi açıqlanıb.

“İki sahil” xəbər verir ki, əsasən reytinq siyahısının aşağı pillələrində dəyişikliklər olub.

“Qarabağ”ın Bakıda İsveçrə “Sürix”inə qalib gəlməsi (3:2) Azərbaycanın aktivinə daha 0,250 xal yazdırıb. Ölkəmiz bu mövsüm üzrə xal sayını 0,500-ə, son 5 mövsümdə isə 13,125-ə çatdırıb. Ancaq mövqeyimiz yenə dəyişməz qalıb. Azərbaycan əvvəlki kimi 29-cu pillədədir.

Qeyd edək ki, siyahıya 88,855 xalla İngiltərə başçılıq edir.