“Beşiktaş” heyətini yeni futbolçu ilə gücləndirib.
"İki sahil" klubun rəsmi saytına istinadən xəbər verir ki, “İstanbulspor”un gənc müdafiəçisi Emrecan Uzunhan transfer edilib.
21 yaşlı mərkəz müdafiəçisi ilə 5 illik müqavilə imzalanıb. Bu transfer üçün “İstanbulspor”a 2 milyon avro təzminat ödəniləcək.
Qeyd edək ki, "İstanbulspor”un yetirməsi olan Emrecan son iki mövsümdə bu klubun əsas komandasında çıxış edib. O, ötən mövsüm 21 oyuna çıxıb və 1 qol vurub.