"Mançester Yunayted" mövsümöncəsi hazırlığa uğurlu başlayıb.
“İki sahil” xəbər verir ki, yeni baş məşqçi Erik ten Haqın rəhbərliyi altında keçirilən üç yoldaşlıq görüşündə “qırmızı şeytanlar” qələbə qazanıv və ümumi 11:2 hesabı ilə qalib gəlib. “Mançester Yunayted” "Liverpul" (4:0), “Melburn Viktori”ni (4:1), bu gün isə “Kristal Pelas”ı məğlub (3:1) edib.
Hücumçu Entoni Marsyal hər üç yoldaşlıq oyununda qol vurub.
Qeyd edək ki, hücumçu Kriştiano Ronaldo isirahətdən sonra hələ də "Mançester Yunayted"ə qayıtmayıb. Onun klubunu dəyişmək istədiyi bildirilir.