19 iyul 2022 16:45
676

"Mançester Siti" qapıçısını icarəyə verdi

"Mançester Siti" qapıçısı Zak Steffeni icarəyə verib.

"İki sahil" klubun saytına istinadən xəbər verir ki, ABŞ millisinin qolkiperi 2022/2023 mövsümünü icarə əsasında Çempionşip təmsilçisi "Midlsbro"da keçirəcək.

Qeyd edək ki, Steffen "Siti"də iki mövsümdə  21 oyuna çıxıb, 16 qol buraxıb.