19 iyul 2022 15:53
638

"Real"dan "Real Sosyedad"a

"Real Sosyedad" "Real"ın futbolçusu Takefusa Kubanı transfer edib.

“İki sahil” xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. Yapon oyunçu tibbi müayinədən keçdikdən sonra onunla 5 illik müqavilə imzalanacaq.

Qeyd edək ki, bu transfer üçün "Real Sosyedad" 6,5 milyon avro ödəyəcək.