19 iyul 2022 14:25
598

"Tottenhem" müdafiəçi aldı

"Tottenhem" "Midlsbro"nun müdafiəçisi Ced Spensi transfer edib.

“İki sahil” xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. 21 yaşlı futbolçu ilə 2027-ci ilin iyun ayının sonuna qədər müqavilə imzalanıb. Transferin təzminat qiyməti açıqlanmayıb.

Qeyd edək ki, 2021/22 mövsümündə Spens icarə əsasında "Nottinqem Forest"də çıxış edib. O, sözügedən klubda 46 matçda 3 qol vurub və 5 qolun ötürməsini verib.