18 iyul 2022 21:18
926

Cəmi 3 min 500 bilet qalıb

“Qarabağ”ın Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində İsveçrə “Sürix”i ilə evdə keçirəcəyi oyuna maraq çoxdur. 

“İki sahil” xəbər verir ki,  sabah Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılacaq görüş üçün kassalarda cəmi 3 min 500 bilet qalıb.

Qeyd edək ki, sözügedən oyun saat 20:00-da başlayacaq. Komandalar arasında cavab görüşü 1 həftə sonra İsveçrədə olacaq.