18 iyul 2022 18:51
790

Qurban Qurbanov: Diqqətli olmalıyıq

"Bu komandaya qarşı hazırlaşmaq üçün bir həftəmiz var idi. Bundan maksimum istifadə etmək istədik. Rəqibin çempionatdakı oyunundakı hesabı bizi aldada bilər"

“İki sahil” xəbər verir ki,  bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Bakıda İsveçrə "Sürix"inə qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunundan əvvəl mətbuat konfransında deyib.

50 yaşlı mütəxəssis yaxşı komandaya qarşı oynayacaqlarını bildirib: "90 dəqiqə meydanda diqqətli olmalıyıq. Biz rəqibi tam yaxından tanımırıq. Oyunun gedişində tanımağa başlayacağıq. İsveçrə çempionuna qarşı oynayacağıq. Sona 4 tur qalmış çempionluğu təmin etmişdilər. Bu da onların potensialında xəbər verir. Müdafiədə həddindən artıq diqqətli olmalıyıq. Rəqibin əks-hücumlarına da hazır olmalıyıq".